"Xoşqədəm, hamı verilişinin reytinqi üçün nələr etdiyinin fərqindədir”

25 Aprel 2019 17:12 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, həmin kəsin "Sevda anasını evində qulluqçu kimi saxlayır" sözləri böyük müzakirələrə səbəb olub.

İfaçının prodüseri Pərviz Əsgərov həmin kişinin açıqlamalarının yalan olduğunu deyib: “Sevda kiçik yaşlarında olarkən atası vəfat edib. Mən heç vaxt bu kişini Sevdagildə görməmişəm. Ola bilsin ki, həmin şəxs ifaçının atalığıdır. Amma mən illərdir Sevdanın anası ilə birgə qaldığının şahidiyəm. O ki, qaldı Sevda anasını özünə qulluğçu kimi gətirməyinə, o kişinin danışdıqları yaşına görə uyğun deyil. Sevdanı tanıyanlar çox yaxşı bilir ki, o, anasını necə sevir və dəyər verir. Sözügedən sənətçiylə hər gün ünsiyyətdə olan biri kimi əminliklə deyə bilərəm ki, Sevda özünü yalnız ailə üzvlərinə həsr edən xanımdır. Mən və həyat yoldaşım dəfələrlə Yahyayevaya Amerikaya gəlməyi təklif etmişik. Lakin müğənni anasını müalicə etdirdiyinə görə xarici ölkəyə gəlməkdən imtina edib. Əgər Sevda anasını evdə qulluqçu kimi saxlasaydı Amerikaya düşünmədən səfər edərdi”.

Prodüser telejurnalist Xoşqədəm Hidayətqızı haqda da danışaraq onu qınayıb: “Xoşqədəm Hidayətqızı o kişini efirə çıxarmaqla düzgün hərəkət etmədi. Çünki Xoşqədəm jurnalistdir. O, Sevda Yahyayevadan məsələ ilə bağlı mövqeyini öyrənməli idi. Yoxsa, verilişinin reytinqi üçün bir kişini efirə çıxarıb ki, bu Sevdanın atasıdır. Guya sən bilmirdin ki, sənətçinin atası rəhmətə gedib? Hamı artıq sənin proqramının reytinq xətrinə nələr etdiyinin fərqindədir”.

Qeyd edək ki, Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs verilişlərin birində bu sözləri demişdi: "Mən Sevda Yəhyayevanın ögey atasıyam. Onun anası ilə 60 yaşımda qeyri-rəsmi nikahda olmuşam. Mən Sevdanı və anasını tanıyanda çox imkansız idilər. Evlərini təmir etdirdim.

Sevdanı 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb, gətirmişəm. Hamımız bir evdə yaşayırdıq. Sonra Sevda anasını öz yanına xidmətçi kimi apardı. Yahyayeva deyirdi ki, evdə iş görə bilmir, anası kömək et