MDB ölkələri müdafiə nazirləri Anapada görüşəcəklər

25 Aprel 2019 17:00 (UTC+04:00)

Müstəqil Dövlətlər Birliyi ölkələrinin müdafiə nazirliklərinin rəhbərləri 5 iyun tarixində Anapada görüşəcəklər. SİA-nın verdiyi xəbərə görə, bu barədə RİA"Novosti" MDB İcraiyyə Komitəsinin nümayəndəsinə istinadən məlumat verir.

"Yığıncaq 5 iyun Anapada keçiriləcək" - mənbə bildirib.

5 aprel tarixində Moskvada MDB xarici işlər nazirlərinin danışıqları baş tutub.