Kral Gününə həsr edilən brifinq keçirilib

25 Aprel 2019 14:19 (UTC+04:00)

Bu gün Bakıda Niderlandın milli bayramı - Kral Gününə həsr edilən brifinq keçirilib. Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Kral Günü ilə bağlı məlumat verərək, bu hadisəni bütün holland xalqının əsl bayram əhval-ruhiyyəsində qeyd etdiyini vurğulayaraq deyib. O, bildirb ki, bu tarix bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki aprelin 27-də Niderland Kralının ad günüdür.

SİA-nın məlumatına görə, diplomat qeyd edib ki, həmin gün ölkədə konsertlər, mərkəzi küçələrdə böyük yarmarkalar təşkil olunur, küçələr portağal rənginə boyanır.