Şri-Lankada növbəti partlayış

25 Aprel 2019 09:32 (UTC+04:00)

Bu gün səhər Şri-Lankanın paytaxtı Kolombodan 40 kilometr yaxınlığında yerləşən Puqodada növbəti partlayış hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda ölən və yaralılar haqqında heç bir məlumat açıqlanmır.

Hüquq mühafizə orqanları baş verənləri araşdırır.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 8 partlayış hadisəsi baş vermişdi. Son məlumatlara görə, hadisə nəticəsində 359 nəfər ölüb, 500 nəfər isə yaralanıb.