Almaniya Kubokunun finalı: “Bavariya”-“Leyptsiq”

25 Aprel 2019 01:18 (UTC+04:00)

Almaniya kubokunun yarımfinal mərhələsində ikinci yarımfinal görüşü keçirilib.

SİA-nın məlumatına görə, bir oyundan ibarət görüşdə “Verder” öz meydanında “Bavariya”nı qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bir gün əvvəl keçirilmiş digər yarımfinal oyununda isə meydan sahibi “Hamburq” qonaq komanda “Leyptsiq”ə 1:3 hesabı ilə uduzub.

Beləliklə, mayın 25-də baş tutacaq final görüşündə “Bavariya” ilə “Leyptsiq” üz-üzə gələcək.