Sumqayıtda 21 yaşlı qız döyülüb

24 Aprel 2019 21:03 (UTC+04:00)

Sumqayıt şəhərində 21 yaşlı qız döyülüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Şəmsiyyə Müşfiq qızıİbrahimova küçədə naməlum şəxs tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.