Ruhani: "Amerikalılar bu barədə yanılırlar"

24 Aprel 2019 19:07 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasına münasibət bildirib. İran lideri qeyd edib ki, Birləşmiş Ştatların dünya neft bazarına nəzarət edəcək gücü yoxdur: “ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur. Amerikalılar bu barədə yanılırlar. Bu təşəbbüslərlə müxtəlif xalqlara, neft şirkətlərinə, hətta öz vətəndaşlarına zülm edirlər”.

O, ABŞ-ın təzyiqlərə son verəcəyi və üzr istəyəcəyi təqdirdə danışıqlar masasına otura biləcəklərini deyib.