YAP Tərtər rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın 96-cı ildönümünü qeyd edib

24 Aprel 2019 15:26 (UTC+04:00)

Dünən YAP Tərtər rayon təşkilatının qərargahında rayon təşkilatı mərkəzi rayon xəstəxanası ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın misilsiz xidmətlərindən danışıb: "Zərifə xanımın fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi".
R.Şabanov çıxışında onu da bildirib ki, görkəmli oftalmoloq-alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar və qayğıkeş ana Zərifə xanım Əliyeva haqqında əbədiyyət dastanıdır: "Homerin "İliada" əsərində deyilir ki, bir yaxşı həkimin həyatı yüzlərlə və minlərlə insanın həyatına bərabərdir. Zərifə xanım Əliyeva elə bir həkim idi ki, bütün həyatını tibb elminə, xalqımızın sağlam yaşamasına və elmimizin inkişafına sərf etdi".
Tədbirdə çıxış edən rayon uşaq xəstəxanasının həkim-pediatoru Arzu Əhmədova, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, həkim-oftamoloq Lalə Rəhimli və başqaları çıxış edərək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

R.HÜSEY!NOVA