"Könüllülük həm də təcrübə qazanmaq deməkdir" - AÇIQLAMA

24 Aprel 2019 15:02 (UTC+04:00)

"Azərbaycanda gənclərlə bağlı əlverişli mühit yaradılıb. Bizim yeniyetməlik dövrümüzdə gənclər üçün belə əlverişli şərait yox idi. Bu gün gəncliyimiz hərtərəfli inkişaf edib. Onların çoxu könüllülük fəaliyyəti ilə məşğuldir. Biz bunu idman sahəsində də gördük. Könüllülük fəaliyyəti ilə məşğul olan gənclər gələcəkdə dövlət qulluqçusu kimi rahat şəkildə işləyə biləcək. Çünki könüllülük həm də təcrübə qazanmaq deməkdir". Bu sözləri Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.

O, əlavə edib ki, Azərbaycanın sizin kimi intellektli, savadlı gəncliyə ehtiyacı var.