Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 28 nəfərin öldüyü deyilirdi.
İtkin düşənlərlə bağlı işlər davam etdirilir.
Xatırladaq ki, aprelin 21-də Kolumbiyada güclü yağışlar nəticəsində torpaq sürüşməsi meydana gəlib.