Tramp “Nyu York Tayms” qəzetini hədələyib

23 Aprel 2019 23:03 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms” qəzeti və onun jurnalisti Pol Kruqmanı tənqid atəşinə tutub. Bu barədə Tramp Tvitter hesabında yazıb. “Nyu York Tayms”ın 2016-cı il seçkilərindən sonra olduğu kimi məndən ikinci dəfə üzr istəyib istəməyəcəyi çox maraqlıdır. Bu dəfə çox böyük bir üzr lazımdır. Dizləri üstünə çöküb əfv üçün yalvaracaqlar”, - Tramp bildirib. Nəşri “yalan xəbər yayan” adlandıran Tramp jurnalist Pol Kruqmanın bütün etibarlılığını itirdiyini qeyd edib: “İqtisadiyyatın çökəcəyini söylədi, ancaq baş verən sadəcə qırılan yüksək rekordlardır”.

Qeyd edək ki, “Nyu York Tayms”ın jurnalisti Pol Kruqman Trampın iqtisadi siyasətini sərt şəkildə tənqid etmişdi.