"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kərim Benzema haqda danışıb. "Goal.com"un yazdığına görə, görə, o, fransalı oyunçunu dünyanın ən yaxşı hücumçusu hesab edib: "Benzemanın necə futbolçu olduğunu bilirəm. Bunu hər kəs bilir. Onun qolllarının sayı insanı heyrətləndirir. Ona görə çox şadam, amma uğurlarına təəccüblənmirəm. Mənim üçün Benzema dünyanın ən yaxşı hücumçusudur. Ancaq hər kəsin bu məsələ ilə bağlı öz fikri var".