BFB-də növbəti hərrac keçirilib

23 Aprel 2019 17:45 (UTC+04:00)

Aprelin 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.4897 AZN (10.8000 faiz) və 100.2583 AZN (8.9000 faiz) olan 10 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7122 AZN (9.9000 faiz), orta ölçülmüş qiyməti 98.2071 (9.7031 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23.290,500 AZN, yerləşdirilmiş həcmi isə 14.189,700 AZN təşkil edib. İstiqrazlar 2022-ci il aprelin 19-da ödəniləcək.