"Barselona" 18 yaşlı futbolçu transfer edir

23 Aprel 2019 17:48 (UTC+04:00)

"Barselona" "Qroninqen"in futbolçusu Ludovit Reysi transfer etmək üzrədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya klubu 18 yaşlı yarımmüdafiəçi üçün Hollandiya təmsilçisi ilə razılığa gəlib. Razılığa əsasən, La Liqa təmsilçisi 2.5 milyon avro təzminat ödəyəcək. Bildirilir ki, L.Reys 1 il "Barselona"nın B komandasında oynadıqdan sonra əsas komandaya yüksələ bilər.

Qeyd edək ki, Reys bu mövsüm Hollandiya çempionatında 27 matçda 1 qol vurub, eyni sayda qol ötürməsi verib.