XİN mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi

23 Aprel 2019 16:26 (UTC+04:00)

Mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar məlumat yayılıb. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb: “Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”.