Rusiyanın baş naziri Ermənistana gedəcək

23 Aprel 2019 16:20 (UTC+04:00)

Rusiyanın baş naziri Dmitri Medvedev gələn həftə Yerevanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası iclasında iştirak edəcək. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ölkədəki səfiri Sergey Kopırkin açıqlama verib.

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan isə 2019-ci ildə konkret vaxt açıqlamadan prezident Vladimir Putinin də Yerevana səfər edəcəyini açıqlayıb.