XXV turun ən yaxşı oyunçusu müəyyənləşib

23 Aprel 2019 15:03 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXV turunun ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur