Əməkdar artist: "Akif İslamzadə ilə ailəli deyiləm" VİDEO

23 Aprel 2019 14:35 (UTC+04:00)

Əməkdar artist Nailə İslamzadə rejissor Nail Naiboğlunun layihə rəhbəri olduğu verilişdə qonaq olub. SİA-nın məlumatına görə, aparıcı təmkinli biri olduğunu bildirib: "Xasiyyətim hadisəyə uyğun olaraq dəyişir. Bəzən əsəbləşə də bilirəm. Amma hər zaman çalışıram ki, təmkinli olum. Düşünürəm ki, səbirli olmaq xanımlılığın birinci amilidir".

Nailə xanım televiziya aparıcılardan bəhs edib: "Hazırda savadlı aparıcılarımız, jurnalistlərimiz var. Amma tamaşaçılar bir çox veriliş və aparıcılardan narazıdırlar. Tamaşaçılar daha da yaxşı proqramlar və aparıcılar görmək istəyirlər. İnsanlar bayağı verilişlərdən yorulublar".

Əməkdar artist müğənni Akif İslamzadə ilə barələrində gəzən dedi-qodulara son qoyub: "İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm".

N.islamzadə toylarda aparıcılıq etmək fikrinin olmadığını bildirib: "El şənliklərində aparıcı olmağımı istəyiblər. Lakin mən etiraz etmişəm".

Nailə xanım dünyasını dəyişmiş qardaşları haqda da danışıb: "Həyatın hər tərəfi var. Allah insanı unutqan yaradıb. Ağrılar səngiyir. Elə olmasa heç kim yaşaya bilməz. İnsan dəli olar. Allahın verdiyi hər şeyi qəbul etmək lazımdır. Qardaşlarım vəfat etdi. Ancaq anam hələ də yaşayır. Ölüm haqdır".