Sarkisyan getdi, Paşinyan gəldi, Ermənistanda isə heç nə dəyişmədi ARMENİANREPORT

23 Aprel 2019 13:08 (UTC+04:00)

Nikol Paşinyan Qərb üçün yada çevrilsə də, Rusiya üçün də özününkü ola bilmədi

“Düz bir il öncə, 2018-ci ilin 23 aprelində “aşağıdan” vurulan güclü zərbə ilə Serj Sarkisyan rejimi devrildi”. SİA xəbər verir ki, bu barədə armenianreport saytının siyasi bölməsindəki təhlil yazısında qeyd olunub. “Məhz aprelin 23-nü Ermənistanda “məxməri inqilabın” qələbəsi kimi hesab etmək olar”, yazılan təhlildə Paşinyan hakimiyyətinə qarşı ağır tənqidlərə keçid edilənə qədər həəmin ərəfələrdə erməni xalqının nə qədər sevinc hissi keçirdiyi, Sarkisyanın dalana dirənməsi xatırlanır. Beləliklə...

“Nə vəd edildiyi kimi, boyunlarını burub asfalta yatırdılar, nə xalqdan oğurlanmışlar ekspropriasiya olundu. Bu, çox təəccübldüdür”.

Beləliklə, xalqın devrilmiş rejimdən sonra, yeni siyasi güclərin hakimiyyətə gəlişinə nə qədər ümidli olması, arzulara qapanması ilə izah edən Tevos Arşakyan adlı müəllif sonradan hər şeyin alt-üst olduğunu yazıb. SİTAT: “...Təəssüf ki, nə qədər ağır olsa da etiraf edilməlidir ki, Paşinyan hakimiyyəti çox az iş görə bilib. Başlayaq hakimiyyətin daxili siyasətindən. Hökuməti yenicə quran Nikol Paşinyan qollarını çırmalayaraq öncəki hakimiyyətlə və həmin hakimiyyətin daha çox korrupsiyalaşmış təmsilçiləri ilə mübarzəyə qalxdı. Çoxsaylı cinayət işləri açıldı, daha çox oğurlayanlar və xalq tərəfindən nifrət edilənlər ya sərhədlərin hüdudlarını aşaraq qaçdılar, ya dəmir barmaqlıqlar arxasına getdilər, ya da evlərində oturub həbslərini gözləyirlər. Ermənistan vətəndaşları yeni hakimiyyətin bu fəaliyyətini dəstəklədilər və adətən inqilab sonrası hər yerdə olduğu kimi, cəmiyyətdə yeni hakimiyyətdən yeni həbslər tələbləri irəli sürüldü. Lakin nə qədər təəccüblü görünsə də, köhnə rejimlə mübarizədə Paşinyan birdən yarı yolda dayandı. Bəli, Robert Koçaryan və Manvel Qriqoryan həbs eidldilər, lakin Sarkisyan ailəsi azadlıqda qalmaqdadır. Bundan əlavə, Sarkisyan ailəsinin əsas mühasibi – Saşik Sarkisyana dövlət büdcəsinə 20 milyon dolları geri qaytarmasından sonra, Ermənistanı tərk etməyə icazə verildi. Gülməlidir deyilmi? Əlbəttə, çünki bu ailənin var-dövləti bir neçə milyard dollarlarla ölçülür. Azadlıqda bir çox korrupsionerlər, xalqın qanını içmiş oliqarxlar, Koçaryan-Sarkisyan rejimlərinə “pulqabı” rolunu oynayanlar qaldı. Nə vəd edildiyi kimi, boyunlarını burub asfalta yatırdılar, nə xalqdan oğurlanmışlar ekspropriasiya olundu. Bu, çox təəccübldüdür”.

“Paşinyanda korrupsiyanı, miqrasiyanın qarşısının alınması, yoxsulluğu, işsizliyi aradan qaldırması üçün sehirli çubuq tapılmadı”

Təhlildə Paşinyanın iqtisadi sahədə də heç nə ilə lovğalana bilməyəcəyi qeyd olunur. SİTAT: “Korrupsiya azalsa da, hər şeyə rəğmən, əsas problem olaraq qalmaqdadır. Ölkə hakimiyyət tərəfindən vəd edilən xarici sərmayələri gözləyə-gözləyə qaldı. Bunsuz isə, erməni iqtisadiyyatında köklü şəkildə islahatlar aparmaq, onu diriltmək təəssüf ki, mümkün deyil. Dövlət büdcəsinin optimallaşdırılmasına və xərclərin azaldılmasına yönəlmiş islahatlar nəticəsində minlərlə yeni işsizlər ordusu yarandı. Dövlət borcu artmaqda davam edir. Yəni Paşinyanda korrupsiyanı, miqrasiyanın qarşısının alınması, yoxsulluğu, işsizliyi aradan qaldırması üçün sehirli çubuq tapılmadı”.

“Paradoksal vəziyyət yarandı – Kreml hələ də Paşinyana inamsız nəzər salır, onda barışmaz qərbyönümlülük cizgilərini görür, Qərb isə onun rusiyameylliliyini, eus-erməni münasibətlərinin dərinləşməsi tərəfdarı olduğunu düşünür”

“Analoji vəziyyət xarici siyasət sahəsində də mövcuddur”, deyə qeyd edilən məqalədə bildirilir ki, baxmayaraq müxalifətçi Paşinyan qərbyönümlü obrazı təsirini bağışlayırdı, hakimiyyətə gələndən sonra o nəinki Ermənistanı Rusiyanın təsirindən qurtara bildi, hətta əksinə, ölkənin Moskvadan asılılığını daha da artırmış oldu. Bununla yanaşı, Ermənistan Qərbə doğru bir addım da irəliləyə bilmədi, halbuki Qərb inqilabsonrası Yerevandan müəyyən impulsları gözləyirdi. SİTAT: “Hətta paradoksal vəziyyət yarandı – Kreml hələ də Paşinyana inamsız nəzər salır, onda barışmaz qərbyönümlülük cizgilərini görür, Qərb isə əksinə, onun rusiyameylliliyini, eus-erməni münasibətlərinin dərinləşməsi tərəfdarı olduğunu düşünür. Ən pisi isə bununla nəticələnir ki, Paşinyan “Spryukla” (erməni diasporu-R.R.) dialoqunu qaydaya sala bilmədi. Belə ki, yalnız Rusiya ilə deyil, həm də Qərbdə yaşayan erməni icması ilə münasibətlər normallaşmadı. Hətta Koçaryan Sarkisyanla hər necə olursa-olsun, müxtəlif xarici erməni təşkilatları ilə münasibətləri balanslaşdıra bilirdilər – Koçaryana daha çox Qərb ölkələrində yaşayan ermənilər, Sarkisyana isə Rusiyada yaşayan ermənilər hörmət edirdilər. Paşinyanda nə onlarla, nə də bunlarla dialoqu baş tutmadı, alınmadı. “Məxməri inqilab” adlı biryaşlı uşağın halı bax belə bir kədərli nəticələrlə müşahidə olunur”.

Erməni müəllif sonda qeyd edir ki, Paşinyan xalq qarşısındakı rüytinqinin hər zaman yüksəkdə olacağına ümid etməməlidir. “Yüksək reytinq əbədi deyil”, yazan Tevos Arşakyan əlavə edib ki, fakt, fakt olaraq qalmaqdadır: “Yaxşılığa doğru ən cüzi nə isə olsa da, bunları Nikolay Vaovayevişin aktivinə yazmaq çətin ki, mümkün olsun”.

Göründüyü kimi, Ermənistanda hakimiyyətlər dəyişilsə də, ümumi heç bir müsbət nəticələr əldə olunmayıb və bütün bunlar Nikolun hakimiyyətinə yaxşı nə isə vəd etmir. Əksinə, “məxməri inqilab” doğulsa da, artıq ölmək üzrədir...

Rövşən RƏSULOV