"Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz"

23 Aprel 2019 13:00 (UTC+04:00)

“Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov deputat Tahir Kərimlinin fikirlərinə münasibət bildirərkən deyib.

Vitse-spiker bildirib ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.

Deputat Tahir Kərimli çıxışında bildirib ki, ermənilərin bəyanatlarına inanmanmalıyıq: "Hər zaman onlar bizi təhqir ediblər. Əgər onların bizə qarşı 1 faiz belə meyli yoxdursa, o zaman burada hansı sülh danışıqlarından söhbət gedə bilər?".