Aygün küsülü olduğu Floraya barışmaq üçün jest etdi VİDEO

23 Aprel 2019 13:26 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova sosial şəbəkədəki hər kəsin marağına səbəb olacaq paylaşım edib. SİA-nın məlumatına görə, müğənni illər əvvəl verilişlərin birində lentə alınan görüntünü yayımlayıb. Video da xalq artisti Nəsibə Zeynalova da yer alıb.

Diqqət çəkən məqam isə Kazımovanın küsülü olduğu xalq artisti Flora Kərimovanı da işarələməsi olub. Aygün paylaşımına "Sənətkarlar unudulmaz. Hər şey keçər, sənət qalar" sözlərini qeyd edib.

Qeyd edək ki, Kazımova ilə F.Kərimova uzun illərdir küsülüdür.