ŞOK: 14 yaşlı qız dərmandan zəhərlənərək öldü!

23 Aprel 2019 04:06 (UTC+04:00)

Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb. "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.

Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.