Ukraynalı milyarder Kiyevə qayıdır

23 Aprel 2019 03:02 (UTC+04:00)

Hazırda İsraildə yaşayan ukraynalı milyarder, biznesmen İqor Kolomoyski açıqlamalarla çıxış edib. O qeyd edib ki, Prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsindən sonra vətənə qayıtmağı düşünür: “Bəli, mən hökmən ölkəyə qayıdacağam, amma bu, prezident seçkilərinin nəticələrinin rəsmi elan olunmasından əvvəl baş verməyəcək”, - Kolomoyski bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İqor Kolomoyski Vladimir Zelenski prezident seçiləcəyi təqdirdə Ukraynaya qayıdacağını demişdi. Onun Zelenskinin himayədarı olduğu bildirilir.