Hummels və Rodriqes zədələrini sağaldıb

23 Aprel 2019 02:20 (UTC+04:00)

"Bavariya"nın futbolçuları Mats Hummels və Xames Rodriqes zədələrini sağaldıb. Klubun saytında yer alan xəbərə görə, onlar komanda ilə ümumi məşqlərə başlayıb. Hər iki oyunçunun Almaniya kubokunun yarımfinalında "Verder"lə matça hazır olduğu bildirilib. Qeyd edək ki, "Verder" - "Bavariya" görüşü aprelin 24-ü keçiriləcək.