Kanadada 3 alpinistin cəsədləri tapılıb

23 Aprel 2019 00:05 (UTC+04:00)

Kanadada Banf Milli parkında yerləşən Hous Pik zirvəsində (3295 metr) həlak olan 3 alpinistin cəsədləri tapılıb. BBC telekanalının saytında yer alan məlumatda deyilir ki, alpinistlərin axtarış-xilasetmə əməliyyatı 4 gün davam edib. Hələ ilk gündən məlum olub ki, onlar qar uçqunu altında qalıblar və həyatda qalmaq şansları çox azdır. Əlverişsiz hava şəraiti də alpinistlərin axtarış-xilasetmə işlərini xeyli ləngidib.

Alpinistlər Kanada dağ silsiləsinin ən yüksək zirvəsinə aprelin 17-də qalxıblar. Son dərəcə mürəkkəb olan bu marşrutu indiyədək yalnız bir dəfə qət etmək mümkün olub. 1999-cu ildə məşhur alpinistlər Barri Blanşar, Skott Bakes və Stiv Haus zirvəni fəth edə biliblər. Həlak olan alpinistlər - amerikalı Cess Roskelli, avstriyalılar David Alama və Hansyorq Auerə isə iyirmi ildən sonra bunu etmək müyəssər olmayıb. Onlar dünyanın ən yaxşı alpinistləri olublar. 36 yaşlı Cess Roskelli 2003-cü ildə Everest zirvəsini fəth edən ən gənc alpinist titulunu alıb.