"Koçaryanın işi" məhkəməyə göndərilib

22 Aprel 2019 23:01 (UTC+04:00)

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazirin sabiq müavini Armen Gevorkyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittiham aktları məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, sabiq dövlət başçısına qarşı konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, A.Gevorkyana qarşı konstitusiya quruluşunun devrilməsində əlbir olmaq, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaq, digər iki nəfərə isə konstitusiya quruluşunu devirmək barədə ittihamlar irəli sürülüb.