BMT açıqladı: 32 min Tripoli sakini didərgin düşüb

22 Aprel 2019 21:06 (UTC+04:00)

Liviyanın paytaxtı Tripolinin 32 mindən çox sakini şəhər ətrafında gedən silahlı toqquşmalar səbəbindən öz evini tərk etməyə məcbur olub. Bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin Liviya bölməsi bəyanat yayılıb. Dünya Səhiyyə Təşkilatının son məlumatına görə, hazırda döyüşlərin davam etdiyi Liviyada həlak olanların sayı 254 nəfərə çatıb, daha 1,2 minə yaxın insan yaralanıb.

Xatırladaq ki, aprelin 4-də feldmarşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun hissələri Tripoli üzərinə hücuma keçib. Hazırda Haftarın qoşunu ilə paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin hərbi qüvvələri arasında qızğın döyüşlər gedir.