"Neftlə bağlı çatışmazlığı bu ölkələr təmin edəcək"

22 Aprel 2019 20:18 (UTC+04:00)

İrana tətbiq edilən sanksiyalar nəticəsində neft hasilatında yaranan çatışmazlığı Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri kompensasiya edəcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Qeyd edək ki, ABŞ-ın İran neftinin idxalı ilə bağlı bir neçə ölkəyə tətbiq etdiyi güzəşti 2 maydan etibarən ləğv edəcəyi gözlənilir.