“Barselona”lı futbolçu Bekhemin klubuna keçir?

22 Aprel 2019 19:18 (UTC+04:00)

“Barselona”nın futbolçusu Serxio Busgets mövsümün sonunda komandadan ayrıla bilər. "Marca" nəşrinin yazdığına görə, ispaniyalı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirmək istəyir. Onun “İnter Mayami” klubuna keçəcəyi iddia olunur. Mayami təmsilçisi İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin klubudur.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan 30 yaşlı futbolçunun yetirməsi olduğu Kataloniya klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.