İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidentini təbrik edib

22 Aprel 2019 18:14 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib. SİA xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələrinin birləşdirdiyini qeyd edib. “İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev Vladimir Zelenskiyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.