Emin Həsənli: “Müxalifət düşərgəsi işsiz-gücsüz avaralardan ibarətdir ” RƏY-ÖZƏL

22 Aprel 2019 17:46 (UTC+04:00)

“Birmənalı şəkildə demək olar ki, artıq müxalifət düşərgəsini təmsil edən şəxslər tükəniblər”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, onların yeni ideyaları, təklifləri və fikirləri yoxdur: “Ən yaxşı halda mitinq keçirərək məqsədə uyğun olmayan, reallıqla uyğunlaşmayan təkliflərlə çıxış edirlər. Onlar bir araya da gələ bilmirlər. Çünki, bir-birlərinə nifrət edirlər. Demək olar ki, müxalifət liderlərin hər biri özünü digərindən üstün tutur və istəyir ki, lider ancaq özü olsun. Ona görə də, müxalifət təmsilçiləri tərəfindən yaradılan hər hansı bir birliyin uzun ömürlü olmasından söhbət gedə bilməz. Ümumiyyətlə, bu gün müxalifət partiyalarında 3-5 nəfər təmsil olunur, bəziləri isə bir sədri, bir də papkalarıdır. Onlar bir yerə ziyarətə getsələr əkililərini tutmağa belə adamları yoxdur. Bu adamların bir yerə yığışmaları görüntü xarakteri daşıyır, konkret işləri, ideyaları yoxdur. Çay içib, dağılışırlar. Müxalifət düşərgəsi işsiz-gücsüz avaralardan ibarətdir. Bu adamların dözümlü, qarşılıqlı hörmət müstəvisində müzakirələr aparmaq qabiliyyətləri yoxdur. Ona görə də, çayxanalarda keçirdikləri qeybət xarakterli toplantılarında bir-birlərini təhqir edirlər. Zaman-zaman yaratdıqları bütün birliklərin iki-üç ay ömrü olmayıb və bəziləri bir necə iclasdan sonra parçalanıb. Ona görə ki, bunların fikir fəlsəfəsində dövlətçilik, millətçilik, vətənpərvərlik, azərbaycançılıq prinsipi mövcud deyil. Bunlar şəxsi mənafelərini güdüklərindən rəhbərlik etdikləri partiyalar parçalanmaya məruz qalır”.

GÜLYANƏ