Əli Orucov: “Müxalifətin qüsuru, çatışmayan cəhəti çoxdur ” RƏY-ÖZƏL

22 Aprel 2019 17:44 (UTC+04:00)

“Azərbaycan müxalifəti çox spesifik və rəngarəngdir”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, bunlar normaldır. Normal olmayan odur ki, bu düşərgədə hələ də köhnə simalar, köhnə yanaşmalar və köhnədən qalma düşmənçilik münasibətləri var: “Uzun illər siyasətdə olmalarına baxmayaraq müxalif arasında mövcud narazılıq aradan qaldırılmayıb. Yəni bu illər ərzində yeniləşməyə, yeni texnalogiyalara yiyələnməyə can atmayıblar. Arada-bir birləşmələr, yaxınlaşmalar olubsa, bu da liderlərin şəxsi istəklərinə bağlı olub. Təəssüf ki, bu cür birləşmələr qısamüddətli olur. Az sonra maraqlar toqquşduğundan, yenidən bir-birinə düşmən kəsilirlər. Bu baxımdan müxalifətin qüsuru, çatışmayan cəhəti çoxdur. Bunla belə düşünürəm ki, nə zamanısa, müxalifət daxilində də təmizlənmə olacaq və siyasi arenaya yeni sağlam qüvvələr çıxacaq”.

GÜLYANƏ