Azərbaycan əsilli Amerika yazıçısının “Kimsəsiz səma”sı - NƏŞR

22 Aprel 2019 16:29 (UTC+04:00)

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri - bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb. SİA-nın məlumatına görə, kitaba Bakıda anadan olmuş, 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçmüş müəllifin eyniadlı romanı daxil edilib.

SİA-nın məlumatına görə, əsər sovet Azərbaycanında yaşayan bir pianoçunun həyat və yaradıcılıq yolunda qarşılaşdığı məhrumiyyətlərdən bəhs edir. Kitabı orijinaldan dilimizə Cavidan Ağayev tərcümə edib. Redaktorları Etimad Başkeçid və Salam Sarvandır.