F1 Azərbaycan Qran-Prisi günlərində hava necə olacaq?

22 Aprel 2019 16:02 (UTC+04:00)

Formula 1 Azərbaycan Qran-Prisi günlərində ilkin hava proqnozuna əsasən sərin, lakin günəşli gün olacağı gözlənilir. SİA-nın məlumatına görə, cümə günü Bakıda hava günəşli olacaq, temperatur müsbət 16 dərəcə təşkil edəcək. Şənbə və bazar günü havanın dəyişkən buludlu və müsbət 17-19 dərəcə isti, yağıntısız keçəcəyi gözlənilir.

Ötən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda aparılıb.

Xatırladaq ki, Formula 1 yarışlarının növbəti mərhələsi aprelin 26-28-də Bakıda keçiriləcək.