Rəqs ansamdılımız beynəlxalq müsabiqədə uğur qazanıb

22 Aprel 2019 15:02 (UTC+04:00)

“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında keçirilən böyük Qala konsertdə Azərbaycan ifaçıları fəal iştirak edib.

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində TÜRKSOY tərəfindən keçirilən Beynəlxalq rəqs müsabiqəsində Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun bədii rəhbəri olduğu F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görülüb. Nazir Azamat Jamankulov rəqs ansambılını bu qalibiyyət münasibətilə təbrik edib.