Qadına qarşı quldurluq edən şəxs tutulub

22 Aprel 2019 12:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib. Nazirliyin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb.

Araşdırma aparılır.