Şəbnəm: "Savadım olmasa da bal kimi səsim var" VİDEO

22 Aprel 2019 17:25 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlunun bir neçə gün öncə "Amerika və Dubay Avropa ölkələridir" sözləri müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, ifaçı verilişlərin birinə qatılaraq günlərdir gülüş hədəfinə çevrilmiş fikrinə aydınlıq gətirib: "Mən nə alim, nə coğrafiya müəlliməsi, nə də həkim deyiləm. Mən müğənniyəm. Mənə də vacib deyil ki, coğrafiyyanı mükəmməl bilim. Orta məktəb bitirmişəm. Məktəbdə təhsil alərkən dərslərimi yaxşı oxumamışam. Hər zaman həvəsim musiqiyə olub. İmkanlı ailənin də qızı olmamışam. Erkən yaşda ailə qurub, ana olmuşam. Savadım olmasa da bal kimi səsim var. Bu fitri istedadımla, ailəmi şah balası kimi yaşadıram. Nəyisə bilməmək ayıb deyil. Məni bu sözlərimə görə guya bəziləri ələ saldı. Amma həmin kəslər heç ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın adlarını bilmirlər”.