İzzət "Bir şirin öpüş"ü ekranlaşdırdı AÇIQLAMA-VİDEO

22 Aprel 2019 14:24 (UTC+04:00)

Müğənni İzzət Bağırov yeni klip çəkdirib. SİA-ya bu haqda ekran işinin rejissoru Nail Naiboğlu açıqlama verib: "İzzət Bağırovla yeni iş birliyimiz baş tutdu. Belə ki, sənətçinin "Bir şirin öpüş"adlı mahnısını ekranlaşdırdım. Klipi türk ekranlarının formatında çəkmişəm. Ekran işi 10 saat ərzində lentə alınıb. Ümid edirik ki,"Bir şirin öpüş"adlı klip tamaşaçılar tərəfindən bəyəniləcək".

Qeyd edək ki, "Bir şirin öpüş"adlı mahnının sözləri və musiqisi Hacı Nazimə aiddir.