Şri-Lankada ölü sayı 215 nəfəri ötüb

21 Aprel 2019 23:35 (UTC+04:00)

Şri-Lankada baş vermiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfəri ötüb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin mərkəzi xəstəxanasından bildiriblər.

Əvvəlki məlumatlarda 185 nəfərin həlak olduğu, 450 nəfərdən çox yaralının olduğu bildirilmişdi.

Qeyd edək ki, bu gün Şri-Lankada kı katolik məbədlərində Pasxa bayram tədbirlərinin keçirilməsi zamanı Kolombo otelində və ölkənin müxtəlif yerlərində silsilə terror aktları baş verib.

Artıq bütün ölkə ərazisində komendant saatı elan olunub.