Konyada zəlzələ olub

21 Aprel 2019 21:24 (UTC+04:00)

Türkiyənin Konya şəhərinin Seyidşehir səmtində 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb. Avropa Aralıq dənizi Seymoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 3,9 olduğunu qeyd edib. Dağıntı və tələfatla bağlı məlumat verilmir. Qəndilli Rəsədxanası Van şəhərində 3,7 bal gücündə zəlzələ olduğunu açıqlayıb.