Ərəblər Sudana 3 milyard dollar yardım ayıracaq

21 Aprel 2019 19:06 (UTC+04:00)

BƏƏ və Səudiyyə Ərəbistanı Sudana 3 milyard dollar yardım ayıracaqlar. Bu məlumatı BAM agentliyi yayıb. Məlumata görə, vəsaitin yarım milyardı Sudan valyutasının və Mərkəzi Bankının dəstəklənməsinə ayrılacaq, qalan hissəsi isə Sudan xalqına yardım formasında veriləcək.

Qeyd edək ki, aprelin 11-də Sudanda Prezident Ömər əl Bəşir vəzifəsindən devrilib.