Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

21 Aprel 2019 17:00 (UTC+04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir: "Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik". Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib. Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.