Şri-Lankada Pasxa qanlı bayrama döndü

21 Aprel 2019 11:00 (UTC+04:00)
Şri-Lankada Pasxa bayramı zamanı törədilən partlayışlarda ən azı 20 nəfər ölüb, 160 nəfər xəsarət alıb. SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib.