182 "Sarı jilet"li nəzarət altına alınıb

21 Aprel 2019 10:30 (UTC+04:00)
Fransada şənbə günü keçirilən "Sarı jiletlilər" hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Kristof Kastanerə istinadən BFM telekanalı məlumat yayıb. Nazir həmçinin qeyd edib ki, 182 aksiya iştirakçısı nəzarət altına alınıb