İngilis döyüş gəmisi İstanbul boğazından keçib

21 Aprel 2019 00:47 (UTC+04:00)

İstanbul boğazından keçən İngiltərə Krallığı Donanmasına aid H87 bort nömrəli, “HMS Echo” adlı döyüş gəmisi Qara dənizə doğru yol alıb.

SİA-nın “sözcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, gəmi əvvəlcə “15 iyul Şəhidlər Körpüsü”nə yaxınlaşıb. Buradan isə 15 dəqiqə ərzində sahil mühafizəsi gəmisinin müşayiəti ilə ingilis döyüş gəmisi körpünü keçərək Qara dəniz istiqamətində yoluna davam edib.

Döyüş gəmisinin marşrutu barədə əlavə məlumat verilməyib.