Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə hücum zamanı ən azı 7 nəfər həlak olub.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nazirliyin rəsmi məlumatına görə, hücum zamanı 3-ü təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla, ən azı 7 nəfər həlak olub, 6 nəfər isə yaralnıb.
Bundan əvvəl, ölkə DİN-nin əməkdaşı Nəsrət Rahimi məlumat vermişdi ki, hücumda 3 terrorçu iştirak edib və onlardan ikisi hadisə yerində zərərsizləşdirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi binasının ətrafındakı bütün binalar evakuasiya edilib.