Türkiyə ordusu 4 şəhid verib

20 Aprel 2019 23:26 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olub.

SİA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, qardaş ölkənin İraqla sərhədində qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları ilə atışmada həlak olanlarla yanaşı, 6 hərbçi də yaralanıb.

Məlumatda bildirilir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr və quru qoşunları terrorçulara qarşı dərhal hərbi əməliyyatlara başlayıblar.

Regionda hərbi əməliyyatlar davam etdirilir.