Bekhemin oğlu sevgilisinə görə ağladı

21 Aprel 2019 03:14 (UTC+04:00)

Model Leksi Vudla ayrılandan sonra Hana Krosla eşq yaşayan Devid Bekhemin oğlu Bruklin sevgi göz yaşları tökərkən görüntülənib. Axşam.az xəbər verir ki, 20 yaşlı Bekhem sevgilisi ilə Los-Anceles küçələrində obyektivlərə tuş gəlib. Küçədə dalaşan cütlüyü sakitləşdirmək üçün yanlarına Bruklinin kiçik qardaşı Romeo da gəlib.

Hərarətli şəkildə mübahisə edən sevgililər Bruklinin göz yaşlarından sonra bir-birini qucaqlayıb. Daha sonra jurnalistlərin onları görüntülədiyinin fərqinə varan cütlük səssizcə gözdən itib.