Ramil Şeydayev üçün 68 dəqiqə

20 Aprel 2019 23:01 (UTC+04:00)

Rusiya Premyer Liqasının 24-cü turunda millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Samaranın “Krılya Sovetov” komandası səfərdə Moskva "Dinamo"su ilə qarşılaşıb.

SİA-nın məlumatına görə, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Şeydayev 68-ci dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra “Krılya Sovetov” hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.