Türkmanlar: "Makronun terror təşkilatına dəstəyini qınayırıq”

21 Aprel 2019 00:02 (UTC+04:00)

Suriya Türkman Məclisi (STM) Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etməsini qınayıb. Bu barədə STM yazılı açıqlama yayıb.

“Makronun SDQ-yə bağlı heyəti qəbul etməsi bir daha ABŞ, İsrail və Fransanın liderliyindəki Qərbin PYD/YPG/SDQ terror təşkilatının beynəlxalq arenada dəstəkçisi olduğunu göstərdi. Makronun terror təşkilatına dəstək verməsini şiddətlə qınayırıq”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Yelisey sarayından verilən açıqlamada Fransa Prezidenti Emmanuel Makronun PYD-nin nəzarətində olan Suriya Demokratik Qüvvələrindən (SDQ) olan nümayəndələri qəbul etdiyi bildirilmişdi.